Tez tez verilən suallar

Sürücülük vəsiqəsi olan hərkəs bizdən avtomobil icarə edə bilər.

Minumum 18 yaşı və sürücülük vəsiqəsi olan hərkəs götürə bilər.

Avtomobil icarə etmək üçün təyin edilmiş minumum depozit məbləği 150azndir.

Avtomobil icarə götürmək üçün Şəxsiyyət vəsiqəniz və Sürücülük vəsiqənizin yanınızda olması lazımdır.

Bəli, xarici passport və bütün ölkələrdə keçərli olan sürücülük vəsiqəsi ilə avtomobil icarəyə götürə bilər.

Şirkətimizin bütün avtomobilləri full kasko və icbari sığortalıdır. Hadisə baş verdiyi halda 24/7 xidmət göstərən əlaqə nömrəmiz sizə bununla bağlı köməkçi olacaqdır.

Bəli, şirkətimiz öz müştərilərinə hava limanında qarşılama və yola salma (Avtomobili ünvanda təhvil vermə və ünvanda təhvil alma) xidməti təqdim edir.

Bəli, peşəkar sürücülərimiz iş qrafikinə uyğun olaraq, şəhəriçi və ya müxtəlif bölgələrdə sizi müşayət edir.

İki əsas şərtimiz var 22 yaş həddi və ən azı 2 il qüvvədə olan sürücülük vəsiqəniz olmalıdır və bu zaman siz 150 manat məbləğində depozit ödəyirsiniz, əks təqdirdə yaşınız və ya sürücülük vəsiqənizin müddəti azdırsa 500 manat depozit qoyaraq da icarəyə götürə bilərsiniz

Şəhər içi ekonom klass avtomobillər istisna olmaqla digər növ avtomobillər 1 günlük verilir.

Avtomobillərimiz full kasko sığortalıdır. Əgər hər hansısa bir hadisə baş versə sığorta onu tam şəkildə qarşılayır. Siz sadəcə “franşiza” pulunu ödəyirsiniz və avtomobil neçə gün ustada qalsa gündəliyinin pulunu ödəyəcəksiniz.

Bəli, əlbəttə. Əsasən digər şirkətlərlə əməkdaşlığımız bucür müqavilə əsasında qurulub. Bu zaman qiymətlərə individual yanaşmaq mümkündür. Bunun üçün bizimlə əlaqə qurub tələblərinizdən asılı olaraq uyğun qiymət ala bilərsiniz.

Bəli, şirkətimiz həm sutkalıq həm də saatlıq avtomobil icarəsi xidmətini təqdim edir.

Benzin siyasətində sərt politika aparmırıq. Yəni, benzin ilkin sizə hansı miqdarda təqdim olunursa, eyni miqdarda geri qaytarmalısınız.

Əlbəttə, parkımızda avtomobil qaldığı halda icarəyə götürə biləcəksiniz. Ancaq yaxşı olardı, prosesi online olaraq edəsiniz ki, artıq yaxınlaşdığınız anda əvvəlcədən bron etdiyiniz avtomobili götürə biləsiniz. vaxt itirmədən sənədlərinizə əvvəlcədən hazırlayaq.

İcarəyə təqdim olunan avtomobillərin heç birində reklam bannerləri yerləşdirilməyib.
Scroll top